Naxçıvanın yüksək dağlıq ərazilərinə qar yağmağa davam edir
Əvvəlcədən məlumat verildiyi kimi muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti davam edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dekabrın 8-i saat 12:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
Dekabrın 7-si və 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 9, Küküdə (Şahbuz) 20, Biçənəkdə (Şahbuz) 7, Şərurda 12, Axurada (Şərur) 7, Ordubadda 7, Parağaçayda (Ordubad) 17, Culfada 4, Kəngərlidə 11, Sədərəkdə isə 18 mm olub.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Ordubadın yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 9 sm-i keçib.








