Nikah və boşanmaların sayı məlum olub

Nikah və boşanmaların sayı məlum olub

19 May 2026

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 8203 nikaha daxilolma və 4614 boşanma halları qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-aprel ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,4-dən 3,2-yə, boşanmaların sayı isə 1,9-dan 1,8-ə düşüb.