Ölümün qeydə alınması qaydasının pozulması inzibati məsuliyyət yaradırmı?

Ölümün qeydə alınması qaydasının pozulması inzibati məsuliyyət yaradırmı? - HÜQUQ MƏSLƏHƏTİ

16 Oktyabr 2026

Sual: Ölümün qeydə alınması qaydasının pozulması inzibati məsuliyyət yaradırmı?

Cavab: Tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə -vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Sual Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov tərəfindən cavablandırıldı