Avtomobillə cehizlik malların satışına görə cərimə qanunidirmi? -

Avtomobillə cehizlik malların satışına görə cərimə qanunidirmi? - HÜQUQ MƏSLƏHƏTİ

15 Oktyabr 2026

Sual: Yaşadığımız kənddə həmişə öz avtomobili ilə cehizlik mallar satan şəxs polis əməkdaşları tərəfindən cərimələnmişdir. Həmin cərimə qanunidirmi?

Cavab: Bəli qanunidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir.

Sual Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Heydər İbrahimli tərəfindən cavablandırıldı