Yabanı bitkilərin məhv edilməməsinə görə məsuliyyət varmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsi hansı hüquqi nəticələrə səbəb olur?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş, tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Sual Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Rəmzi Həsənov tərəfindən cavablandırıldı








