Xuliqanlıq cinayəti nədir? -

Xuliqanlıq cinayəti nədir? - HÜQUQ MƏSLƏHƏTİ

16 Oktyabr 2026

Sual: Xuliqanlıq cinayəti nədir və buna görə qanunvericilikdə hansı cəzalar nəzərdə tutulur?

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Bu əmələ görə min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sual Babək rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Nəriman Vəliyev tərəfindən cavablandırıldı