Ordubadda ət satışı mağazasında ciddi nöqsanlar aşkarlanıb -

Ordubadda ət satışı mağazasında ciddi nöqsanlar aşkarlanıb - FOTO

21 Yanvar 2026

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ordubad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən İbrahimov Əmir İbrahim oğluna məxsus ət satışı mağazasında planlı yoxlama aparılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı, çirkli suların axıdılması üçün kanalizasiya xəttinin mövcud olmadığı, eləcə də obyektin təmirə ehtiyac duyduğu müəyyən edilib.

Aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə sahibkara müvafiq göstərişlər verilib, barəsində inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək mağazanın fəaliyyəti məhdudlaşdırılıb.

Agentlikdən bildirilib ki, bu kimi halların qarşısının alınması məqsədilə qida obyektləri mütəmadi olaraq maarifləndirilir və nəzarət tədbirləri davam etdirilir. İstehlakçı hüquqlarının qorunması istiqamətində aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.