Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

05 İyun 2026

Ötən ay ərzində dövlət sərhədini pozduqlarına görə 20 nəfər saxlanılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirlib ki, onların 7-si İran, 3-ü Azərbaycan, 2-si Mərakeş, 2-si Nigeriya, 2-si Əlcəzair, 1-i Əfqanıstan, 1-i Türkiyə, 1-i Hindistan, 1-i Pakistan vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 9 nəfər saxlanılıb.