Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) dair yaş tələbləri necə müəyyənləşdirilmişdir ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) dair yaş tələbləri necə müəyyənləşdirilmişdir?
Cavab: Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.Uşağın övladlığa verilməsi zamanı nikahda olan şəxslərə (azı 3 il (yaşı 35-dən yuxarı olan ər-arvad üçün 1 (bir) il) müddətində nikahda olan Azərbaycan Respublikasının vətəndaşlarına və azı 5 (beş) il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə), habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir. Məhkəmə tərəfindən üzrlü hesab edilən hallarda,qanunvericilikdə müəyyən edilən yaş həddi və 121.2-ci maddədə müəyyən edilən yaş fərqi azaldıla bilər
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi Kiçik ədliyyə müşaviri - Elməddin Bağırov