Qanunsuz olaraq övladlığa götürmə hansı məsuliyyətə səbəb olur ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunsuz olaraq övladlığa götürmə Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı məsuliyyətə səbəb olur ?
Cavab: Uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə - min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nurlan Əhmədli