Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

05 Avqust 2026

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 1,02% artaraq 4 195 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,27% artaraq 61,01 dollar təşkil edib.