Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib -

Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib - SƏRƏNCAM

19 May 2026

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Sabir Xudu oğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.

Qeyd edək ki, mayın 20-si Xalq şairinin 80 yaşı tamam olur.