Süleyman  Neymətov Babək Rayon Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib -

Süleyman Neymətov Babək Rayon Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib - FOTO

03 Fevral 2026

Naxçıvan MR daxili işlər naziri general-mayor Süleyman  Neymətov Babək Rayon Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Süleyman Neymətov əvvəlcə rayonda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.

Sonra polis idarəsinin inzibati binasında qəbula gələn 48 vətəndaşın müraciəti dinlənilib, onların problemlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.