Türkiyədən Azərbaycana idxal olunan Antep fıstığında uyğunsuzluq aşkarlanıb

Türkiyədən Azərbaycana idxal olunan Antep fıstığında uyğunsuzluq aşkarlanıb

30 Oktyabr 2025

"Buta Çərəz" MMC-nin Türkiyədən idxal etdiyi "SDF Gida Sanayi ve Ticaret Limited Şirketi" müəssisəsinin istehsalı olan Antep fıstığı məhsulu partiyasında (08.10.2025-08.10.2027-ci il istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, ümumi çəkisi 6.12 ton antep fıstığı məhsulunda Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.

Məhsul partiyası Azərbaycanın idxal tələblərinə, o cümlədən qüvvədə olan texniki və hüquqi normalara cavab vermədiyi üçün gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib.