Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən daha birinin nəşi tapılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "A Haber"in bu barədə bölgəyə ezam olunan müxbiri məlumat verib.
Bundan əvvəl 18 hərbçinin nəşi aşkar olunmuşdu.
Sonuncu heyət üzvünün nəşinin tapılması üçün işlər davam etdirilir.








