Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərin hamısının nəşi tapılıb

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərin hamısının nəşi tapılıb

13 Noyabr 2025

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20-ci hərbçinin nəşi tapılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" "A Haber"ə istinadən xəbər verir ki, bu barədə telekanalın bölgəyə ezam olunan müxbiri məlumat verib.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarədəki heyətin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.