Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən saxlanılıb

Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən saxlanılıb

10 Noyabr 2025

Ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən və 37 min manatdan çox vəsaiti mənimsəyən şəxs saxlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.