Vüqar Qurbanov: Qeysəriyyə əməliyyatlarının sayı 10 %-dək azalıb
Qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına və gələcək planlara dair brifinqdə çıxışı zamanı deyib.
O qeyd edib ki, TƏBİB-in tabeleyindəki tibb müəssisələrində normal doğuşların sayı 27 min 679 olub:
"Bu da 2024-cü il ilə müqayisədə 11 % artım göstərir. Qeysəriyyə əməliyyatlarının sayı isə 26 min 285 olub və 2024-cü il ilə müqayisədə 9 % deməkdir. Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib. Vaxtından əvvəl doğuşların sayı 3 926 olub və bu da əvvəlki il ilə müqayisədə 6 % azalma deməkdir".








