“Yüz il və onun fövqündə bir irs” adlı xatirə sikkəsi Heydər Əliyev Muzeyinə təqdim edilib - FOTO
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək önünə tər gül dəstələri düzüblər.
Heydər Əliyev Muzeyində keçirilən konfransda çıxış edənlər Ulu Öndərin müəllifi olduğu Konstitusiyanın müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, vətəndaşların hüquq və azadlıqlarının təminində mühüm rol oynadığını vurğulayıblar.
Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri Faiq Səfərovun müəllifi olduğu “Ədalətin Təntənəsi” adlı kitab muzeyə hədiyyə edilib. Həmçinin “AzerGold” QSC tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə istehsal olunan “Yüz il və onun fövqündə bir irs” adlı xatirə sikkəsi muzeyə təqdim olunub.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.















