14 yaşınadək olan şəxslərin hansı əqdləri müstəqil bağlamaq ixtiyarı vardırmı? -

14 yaşınadək olan şəxslərin hansı əqdləri müstəqil bağlamaq ixtiyarı vardırmı? - HÜQUQ MƏSLƏHƏTİ

15 Yanvar 2025

Sual: 14 yaşınadək olan şəxslərin hansı əqdləri müstəqil bağlamaq ixtiyarı vardırmı?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.

Lakin 7 yaşından 14 yaşınadək olan şəxslərin xırda məişət əqdlərini, qanuni nümayəndənin özünün və ya onun razılığı ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam üzrə əqdləri və onlardan əmələ gələn hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmayan əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş əqdləri müstəqil bağlamaq ixtiyarı vardır.

Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov