93 min şəxs üçün kiçik təsərrüfat qurulub

93 min şəxs üçün kiçik təsərrüfat qurulub

26 Sentyabr 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində indiyədək respublikamızın regionlarında 93 min şəxs üçün kiçik ailə təsərrüfatları yaradılıb.

Nazirliyin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, ümumilikdə ölkə üzrə isə 115 mindən çox şəxs özünüməşğulluq proqramı ilə əhatə olunaraq, proqramın dəstəyi ilə kiçik bizneslərini qurub.

Özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə mal və materiallar formasında istehsal, kənd təsərrüfatı və xidmət sahələri üzrə 30-dan çox iqtisadi fəaliyyət sahəsi üzrə mal və materiallar formasında aktivlər təqdim olunur.

Proqrama cəlb edilənlər üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.