Açıq dənizlərin hüquqi rejimi necədir? -

Açıq dənizlərin hüquqi rejimi necədir? - HÜQUQ MƏSLƏHƏTİ

19 Oktyabr 2026

Sual: Açıq dənizlərin hüquqi rejimi necədir?

Cavab: Açıq dəniz heç bir dövlətin suverenliyinə daxil olmayan dəniz məkanını ifadə edir. Beynəlxalq dəniz hüququna əsasən açıq dənizlərdən istifadə bütün dövlətlərin müəyyən edilmiş hüquqları çərçivəsində həyata keçirilir. Açıq dəniz azadlıqlarına gəmiçilik, uçuş, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi, süni adaların və digər qurğuların yaradılması, balıqçılıq və elmi tədqiqat kimi fəaliyyətlər müəyyən şərtlərlə daxil ola bilər. Bu azadlıqlar mütləq deyil. Dövlətlər beynəlxalq hüququn tələblərinə, dəniz mühitinin mühafizəsi qaydalarına və digər beynəlxalq öhdəliklərə riayət etməlidirlər.

Sual Ordubad rayon prokurorunun köməkçisi Ülvi Hüseynov  tərəfindən cavablandırıldı