Lisenziya olmadan əczaçılıqla məşğul olmağa görə nə qədər cərimə nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə İnzibati Xətalar Məcəlləsinə əsasən nə qədər cərimə nəzərdə tutulub?
Cavab: İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə –
fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olmağa görə –
dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı








