
Ağdərə və Ağdam rayonlarına növbəti köç karvanı yola salınıb
Ağdərə və Ağdam rayonlarına növbəti köç karvanı yola salınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı göndərilib.
Bu ərazilərə köç edənlər ölkənin müxtəlif regionlarında, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) köçürülür.
Qeyd edək ki, iyunun 24-də təşkil olunan köç də nəzərə alınmaqla Ağdərə rayonunun Həsənriz kəndi ilə Ağdam rayonunun Sarıcalı kəndinə köçürülən ailələrin sayı müvafiq olaraq 130-a (452 nəfər) və 186-ya (775 nəfər) çatacaq.