Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana işgüzar səfəri iyulun 2-də başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola salıblar.








