Azər Məmmədrəhimov Ordubadda vətəndaşları qəbul edib - FOTO
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2026-cı il üzrə rayonlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov Ordubad rayonunda vətəndaşları qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbuldan əvvəl Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.
Sonra vətəndaş qəbulu "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC-nin Ordubad Rayon Sektorunda keçirilib.
Qəbul zamanı vətəndaşlar poçt, telekommunikasiya, nəqliyyat, rəqəmsal xidmətlər və digər sahələrlə bağlı müraciətlərini diqqətə çatdırıblar. Səsləndirilən məsələlər dinlənilib, aidiyyəti üzrə araşdırılması və qanunvericiliyə uyğun həll olunması üçün müvafiq tapşırıqlar verilib.












