Azərbaycan gömrükçüləri İrandan Gürcüstana aparılan tiryəki aşkar edib

Azərbaycan gömrükçüləri İrandan Gürcüstana aparılan tiryəki aşkar edib

06 Avqust 2026

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində narkotik vasitə - tiryək aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, İdarənin "Mazımqara" gömrük postunun idxal nəzarət xəttində Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana "minik avtomobilləri" yükü daşıyan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb olunub.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilən təmiz çəkisi 385 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.