BakuBus Naxçıvana gəlir

BakuBus Naxçıvana gəlir

13 Dekabr 2025

Naxçıvanda ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində mühüm yenilik baş verir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “BakuBus” MMC tezliklə Naxçıvan şəhərində fəaliyyətə başlayacaq. 

Bu barədə şirkət öz rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb.

Qeyd olunub ki, Naxçıvan şəhərində müasir, rahat və təhlükəsiz ictimai nəqliyyat xidmətinin təşkili ilə bağlı hazırlıq işləri planlı şəkildə davam etdirilir.

Yaxın günlərdə Naxçıvan sakinləri paytaxt Bakıdakı kimi yüksək standartlara cavab verən avtobuslarla şəhərdaxili marşrutlardan istifadə edə biləcəklər.