Batabat Astrofizika Rəsədxanası üçün tematik turistik mərkəz yaradılacaq

Batabat Astrofizika Rəsədxanası üçün tematik turistik mərkəz yaradılacaq

03 Avqust 2026

Naxçıvan Muxtar Respublikasında yerləşən Batabat Astrofizika Rəsədxanasının bazasında tematik turistik mərkəzin yaradılması istiqamətində işlərə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində rəsədxana üçün tematik turistik mərkəzin qurulmasına dair layihə-smeta sənədləri hazırlanır.

Qeyd edək ki, Batabat Astrofizika Rəsədxanası Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərir. Yeni mərkəzin elmi turizmin inkişafına və bölgəyə gələn turistlərin sayının artmasına töhfə verəcəyi gözlənilir.