Ceyhun Bayramov diplomatik xidmət orqanlarını təbrik edib
Xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, bununla bağlı "X"dəki hesabında paylaşım edib.
"9 İyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursu çərçivəsində vahid məqsəd və yüksək məsuliyyət ilə ölkəmizə xidmət edən bütün həmkarlarıma təşəkkür edir, hər birinə şərəfli fəaliyyətində yeni nailiyyətlər arzulayıram. Peşə bayramımız mübarək!", - paylaşımda qeyd olunur.








