Çinin 9, Hindistanın 6 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub

Çinin 9, Hindistanın 6 vətəndaşı İrandan Azərbaycana təxliyə olunub

17 Mart 2026

İrandan martın 17-si saat 10:00-dan 12:00-dək 9 Çin, 6 Hindistan vətəndaşı Azərbaycana təxliyə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, onların keçidi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Bununla da 28 fevraldan bu günə qədər Çinin 695, Hindistanın 11 vətəndaşı Azərbaycana təxliyə edilib.