Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərinin Baş planı ilə tanış olublar

Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərinin Baş planı ilə tanış olublar

16 Mart 2026

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasdan sonra Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd rayonu ərazisində həyata keçirilən bərpa, infrastruktur və iqtisadi layihələrlə, o cümlədən Xocavənd şəhərinin Baş planı ilə tanış olublar.