
Hansı halda cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı halda cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər?
Cavab: Cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi Cinayət-Prosessual Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi CPM-nin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov