Hərbi qeydiyyat qaydalarının pozulmasına görə hansı cəzalar müəyyən edilib? -

Hərbi qeydiyyat qaydalarının pozulmasına görə hansı cəzalar müəyyən edilib? - HÜQUQ MƏSLƏHƏTİ

02 İyun 2025

Sual: Hərbi qeydiyyat qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində hansı cəzalar müəyyən edilib?

Cavab: Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.

Yuxarıda qeyd edilən inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur.

Qeyd edilən əməllər qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşunas - Nurlan Əhmədli