Hökməli və Qobuda avtomobil yollarının əsaslı təmirinə 1,4 milyon manat ayrılıb -

Hökməli və Qobuda avtomobil yollarının əsaslı təmirinə 1,4 milyon manat ayrılıb - SƏRƏNCAM

19 Dekabr 2025

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələrində avtomobil yollarının əsaslı təmirinə 1,4 milyon manat ayrılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manat ayrılıb.