Məhkumların tibbi müayinəsi aparılıb - FOTO
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumlar tibbi müayinədən keçiblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müayinələr zamanı məhkumların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə nevroloji, kardioloji, stomatoloji, terapevtik, laborator və digər sahələr üzrə xidmətlər göstərilib. Hər bir məhkumun tibbi göstəriciləri ətraflı şəkildə yoxlanılıb.
Tədbirin əsas məqsədi məhkumların sağlamlıq durumuna operativ nəzarətin təmin edilməsi və vaxtında profilaktik tədbirlərin görülməsidir.














