Mövludun mübarək, qəhrəman!

Mövludun mübarək, qəhrəman!

11 Fevral 2025

Keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq. 

İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda yüzlərlə qəhrəman həyatını fəda edərək şəhid oldu. Onlar xalqın başənı dikəldən, qürurlanfıran Vətən fədailəridir.
Belə qəhrəmanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Ələkbərov Bağır Əsəd oğludur. 

Bu günlərdə 30 yaşını qeyd etdiyimiz snayper, onlarla erməni əsgərini məhv edib.
Əlamətdar gün münasibətilə Əliabad qəsəbə qəbristanlığında tədbir keçirildi. Naxçıvan şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, digər dövlət idarə və müəssisə əməkdaşlarının, şəhid ailələri, qazilər, veteranlar, hərbçilər, məktəblilər və ictimayət nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi. Şəhidin ruhuna dualar oxunub, onun həyatı və keçdiyi döyüş yolundan daşıdı.
Qəhrəman şəhidimiz Bağır Ələkbərov hərbçi ailəsindən böyüyüb və atasının yolunu davam etdirib. Oktyabrın 15-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Bağır Ələkbərovun vətənə əmanət iki oğul övladı qalıb.

Şəhidimiz qardaşı Ayxan Ələkbərov la söhbətimizdə Bağırın hələ də hərbidə olduğuna, Vətənə xidmətdə etdiyinə inanmaq istədiyini deyir. "Şəhidlik uca zirvə olsa da, qardaş itkisini qəbul etmək o qədər də asan deyil. Vətən yarası sağaldığı kimi bir gün övlad, oğul, ata, qardaş yarası da sağalar deyə ümid edirik...

Ailədə iki qardaş olmuşuq Qardaşım məndən dörd yaş kiçik idi. Atam hər ikimizi Vətən üçün yetişdirib. Bağır hər zaman deyirdi, şəhidlik zirvəsi o qədər ucadır ki, bilmirəm nə vaxtsa ona layiq olaram, yoxsa yox. O, çox intizamlı insan idi. Hərbi xidməti nümunəvi şəkildə başa vurduğuna görə N saylı hərbi hissədən atama təşəkkür məktubu göndərmişdilər. Onunla o qədər fəxr edir, qürurlanırıq ki, sözlə ifadə etmək çətindir. Əsgərliyini bitirməsinə üç ay qalmış qardaşıma Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsi verildi".
"Şəhid olsam, mənimlə fəxr edin, ağlamayın” qəhrəmanın qardaşı Ayxan deyir müharibə zamanı qardaşı evə tez-tez zəng edirdi: "Hər gün səhər və axşam saatlarında danışmaq imkanımız olurdu. Heç vaxt döyüşlər barədə söhbət açmırdı. Bircə onu deyirdi ki, ermənilər bizim qarşımızda dayana bilmir. Bizim çox güclü ordumuz var. Ailəsini bizə əmanət etdi. Bir də deyirdi ki, şəhid olsam, ağlamayın, mənimlə fəxr edin”.

Bağır Ələkbərov Hadrut istiqamətində ermənilərin əks-hücum cəhdlərinin qarşısını alan igidlərdən biri olub. Onlarla erməni hərbçisini məhv edən snayperimiz bir neçə əsgər yoldaşlarının da həyatlarını xilas edib. 

Bağır XTQ polkovniki Tehran Mənsimovun qrupuna daxil olan snayperlərdən olub:

“Onların qrupu öz şücaəti ilə seçilib. Azərbaycanın işğalda olan 15 kəndinin azad olunmasında şəxsən iştirak ediblər. Hadrutda düşmənin əks-hücum cəhdinin qarşısını alaraq, çox sayda əsgərini məhv edib. 

"Qardaşım bu sahədə öz üzərində çox çalışıb. 2016-cı ildə snayper hazırlığının təkmilləşdirilməsi kursunu fərqlənmə ilə bitirmişdi. Bu illər ərzində bir çox yerli və xarici hərbi təlimlərdə, beynəlxalq yarışlarda iştirak etmişdi. 2018-ci ildə Türkiyədə keçirilən “Özəl Kuvvet Tim Keskin Nişancı” kurslarına qatılaraq, sertifikat almışdı. Bundan başqa 2019-cu ildə xüsusi snayper tapşırıqlarının yerinə yetirilməsi kursunu uğurla başa vurub. Eyni ildə 4-22 fevral tarixlərində keçirilən beynəlxalq təlimlərdə mükafatlara layiq görülüb”.

Bağır Ələkbərov həm də 2018-cu ildə Azərbaycan Ordusunun 100 illik yubiley medalına da layiq görülən igidlərimizdən olub.Qardaşı Bağır Ələkbərovun ən çox arzularının yarım qalmasına üzüldüyünü deyir:"Təəssüf ki, o, Vətən borcunu yerinə yetirərkən şəhid oldu. Yaşasaydı, onun arzuları çox idi. Qardaşımın yaralanmasını əsgər yoldaşlarından eşitdim. Möhkəm olmağa çalışdım. Müharibədir, itkisiz mümkün deyil. Amma ona o qədər inanırdım ki, şəhid ola biləcəyini düşünmürdüm. Əsgər yoldaşları dedi ki, ayağından və qarın boşluğundan güllə yarası alıb. Qarın boşluğundan girən güllə bədənində yeriyib, daxili orqanlarını yararsız hala salıb.Yoldaşları onu döyüş meydanından çıxarıb, xəstəxanaya çatdırmaq istəyiblər. Amma təəssüf ki, qan çox itirdiyi üçün şəhid olub. Son sözlərinin nə olduğunu bilmədim. Amma əminəm ki, övladlarını, dünyaya gələcək, hələ üzünü görmədiyi körpəsini düşünüb”.

Bağır Ələkbərov iki oğul övladını vətəninə, xalqına əmanət edib getdi.  Böyük oğlu Əsəd 31 iyun 2018 ci ildə, balaca oğlu Tunar isə 9 fevral 2021 ci ildə anadan olub.

Digər övladını qucağına alıb, qoxlamaq isə qəhrəman gizirimizə nəsib olmadı: "Oğlu tez-tez atasını soruşur. Hələ kiçikdir, amma sanki hər şeyi başa düşür. Qardaşım hələ dünyaya gələcək övladının yolunu gözləyirdi. Övladını bağrına basmaq qismət olmadı”.

Gizir Bağır Ələkbərov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə  "Vətən uğrunda ", İgidliyə görə", "Füzulinin azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və Vətənə xidmətə görə 3-cü dərəcəli Rəşadət orden ilə təltif olunub. Qəhrəmanımız sağlığında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik medalı ilə dətəltif edilib.

Sülh yolu ilə torpaqları azad etməyən düşmənə gücünü göstərən yüzlərlə Bağır kimi gənc oğullar silaha sarılıb düşmənə öz yerini bildirmək üçün cəbhə bölgəsinə yollandılar. Andronikin nəvələrinə öz əllərinin düzünü göstərdilər, bizim hər birimizə qələbə sevincini yaşatdılar.

Allah şəhidlərimizin məqamını daim uca etsin.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi