Muxtar respublikanın bəzi ərazilərində qar örtüyü müşahidə olunur
Muxtar respublikanın bəzi ərazilərində qarlı hava şəraiti müşahidə edilib. Hazırda isə qar yağışı qeydə alınmır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müşahidələrə görə, qar örtüyünün hündürlüyü Naxçıvan şəhərində 8 sm, Şərur rayonunda 10 sm, Şərur rayonunun Axura kəndində 16 sm, Kəngərli rayonunda 10 sm, Şahbuz rayonunda 12 sm, Sədərək rayonunda 7 sm, Ordubad rayonunda 6 sm, Culfa rayonunda isə 3 sm təşkil edir.
Qarlı hava şəraiti ilə əlaqədar olaraq aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür, əhalinin və sürücülərin ehtiyatlı olması tövsiyə edilir.








