Naxçıvan şəhərinə günün ikinci yarısında qar yağacağı ehtimal olunur - FAKTİKİ HAVA
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən, yanvarın 19-da muxtar respublika ərazisində qarlı və şaxtalı hava şəraiti müşahidə olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 metr) 61 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 24 sm, Biçənəkdə (Şahbuz) 35 sm, Sədərək və Kəngərli rayonlarında 4 sm, Şərurda 5 sm, Axurada (Şərur) isə 7 sm təşkil edir.
Naxçıvan şəhərinə günün ikinci yarısında qar yağacağı ehtimal olunur.
Havanın temperaturuna gəlincə, muxtar respublika ərazisində 11 dərəcəyədək şaxta qeydə alınıb.
Qeyd olunur ki, qarlı hava şəraitinin yanvarın 21-dək fasilələrlə davam edəcəyi gözlənilir.








