Naxçıvan şəhərinin bir sıra ərazilərində və kəndlərdə su təchizatı müvəqqəti dayandırılacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində və kəndlərdə su təchizatı müvəqqəti dayandırılacaq

09 Oktyabr 2026

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 12-də saat 21:00-dan etibarən Naxçıvan şəhərinin bir sıra küçə və məhəllələrində, eləcə də bəzi kəndlərdə su təchizatında müvəqqəti fasilə yaranacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fasilə Ə.Qəmküsar, Atabəylər, Babək, Əlincə, Azərbaycan, Xətai, Nəcməddin Naxçıvani və Səməd Vurğun küçələrini, 6, 11, 58, 59 və 61-ci məhəllələri, həmçinin Hərbi şəhərciyin 2-ci ərazisini əhatə edəcək.

Bununla yanaşı, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli, Bulqan və Tumbul kəndlərinin su təchizatında da müvəqqəti fasilə olacaq.

Suyun oktyabrın 13-də günün birinci yarısında əvvəlki rejimdə verilməsinin bərpa olunması nəzərdə tutulur.

Yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istənilir.

Əlavə məlumat və müraciətlər üçün 24 saat fəaliyyət göstərən çağrı mərkəzləri ilə əlaqə saxlamaq mümkündür:

📞 545-01-93

📞 955

📞💬 +994 99 200 72 71 (zəng və WhatsApp)