Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu gücləndirilir

Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturu gücləndirilir

04 İyun 2026

Naxçıvan şəhər Sukanal İdarəsinin ehtiyaclarının təmin edilməsi məqsədilə dəmir-beton məmulatların satın alınması ilə bağlı müsabiqə elan olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadla xəbər verir.

Layihənin həyata keçirilməsi Naxçıvan şəhərinin su təchizatı və kanalizasiya infrastrukturunun gücləndirilməsinə, mövcud şəbəkələrin etibarlılığının artırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.