Naxçıvan TV-nin müvəqqəti rəhbəri dəyişib

Naxçıvan TV-nin müvəqqəti rəhbəri dəyişib

22 İyul 2026

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov 22 iyul 2026-cı il tarixdə bir sıra sərəncamlar imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imzalanan sərəncama əsasən Xaliq Yunis oğlu Babayev “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Digər sərəncamla isə Vüsal Hicran oğlu Muradov həmin cəmiyyətin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Bununla yanaşı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinə sədr təyin olunanadək sədr vəzifəsinin müvəqqəti icrası İdarə Heyəti sədrinin müavini Vüsal Hicran oğlu Muradova həvalə edilib.