Naxçıvanda kənd təsərrüfatında ümumi məhsul istehsalında niyə azalma var? - AÇIQLAMA
Bu il 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsul istehsalı 2,7 faiz azalıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Məhəmməd Zeynalov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib ki, azalma əsasən iki sahəni əhatə edir. Belə ki, 190 milyon 588 min 600 manatlıq azalma bitkiçilik, 153 milyon 772 min 600 manatlıq azalma isə heyvandarlıq sahəsinin payına düşür.
Məhəmməd Zeynalov qeyd edib ki, bu geriləmənin əsas səbəbləri iqlim dəyişiklikləri və su mənbələrinin azalması ilə bağlıdır.
Bildirilib ki, hazırda muxtar respublikada su kanallarının mövcud vəziyyəti, xüsusilə əkinçiliklə məşğul olan fermerlərin suvarma suyundan səmərəli istifadəsində çətinliklər yaradır.
Açıqlamada vurğulanıb ki, fermerlərə su ehtiyatlarından daha effektiv istifadə məqsədilə mütərəqqi suvarma üsullarına üstünlük vermələri tövsiyə olunur.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








