Naxçıvanda “Təhlükəsiz şəhər” və yeni işıqfor şəbəkəsi qurulacaq

Naxçıvanda “Təhlükəsiz şəhər” və yeni işıqfor şəbəkəsi qurulacaq

17 Mart 2026

Naxçıvan Muxtar Respublikasında “Təhlükəsiz şəhər” sistemlərinin və müasir işıqfor şəbəkəsinin qurulması işlərinə başlanılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi üçün avadanlıqların, texniki vasitələrin və materialların alınması, eləcə də quraşdırılması üzrə tədbirlər görülür.

İcraçı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyidir.

Layihə çərçivəsində regionun müxtəlif ərazilərində videomüşahidə sistemləri, nəqliyyatın idarə olunmasını təmin edən işıqforlar və digər müasir texnoloji həllər tətbiq ediləcək.

Məqsəd şəhər və yaşayış məntəqələrində təhlükəsizliyin artırılması, hüquqpozmalara operativ nəzarətin təmin olunması, həmçinin yol hərəkətinin daha səmərəli və təhlükəsiz təşkilidir.