Naxçıvanda vergi daxilolmalarında artım olub
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
2025-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10,2 faiz artaraq 178,5 milyon manat, icbari tibbi sığorta üzrə daxilolmalar 9,5 faiz artaraq 31,7 milyon manat, işsizlik sığortası fonduna daxilolmalar 5,1 faiz artaraq 4,7 milyon manata yaxın təşkil edib.
2025-ci ildə vergi ödəyicilərinə 668 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib, 113 görüş keçirilib, onlara 540 ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3689 müraciət üzrə 6479 Asan İmza sertifikatı verilib.








