Naxçıvanda yağıntılı hava şəraiti gözlənilir
Noyabrın 15-dən 17-dək Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin yağıntılı olacağı proqnozlaşdırılır. Bu günlərdə fasilələrlə yağış yağacağı, noyabrın 16-da isə bəzi yerlərdə yağışın intensivləşəcəyi bildirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yüksək dağlıq ərazilərdə yağıntının sulu qar şəklinə keçəcəyi ehtimal olunur.
Proqnoza əsasən, qərb küləyi əsəcək, küləyin sürəti 5–10 m/san, bəzi ərazilərdə isə arabir güclənəcək.
Havanın temperaturu gündüz 17–22°, gecə isə 1–6° isti olacaq.








