Naxçıvanın yüksək dağlıq ərazilərində qar örtüyünün qalınlığı yarım metri keçib

Naxçıvanın yüksək dağlıq ərazilərində qar örtüyünün qalınlığı yarım metri keçib

15 Yanvar 2026

Naxçıvan Muxtar Respublikasının ərazisində qeyri-sabit hava şəraiti davam edir. Hazırda muxtar respublikanın bir sıra ərazilərində yağıntılı hava müşahidə olunur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, yer yer duman qeydə alınır. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin məlumatına görə, Şərur, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Məlumata əsasən, qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 metr yüksəklikdə) 61 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 27 sm, Şahbuz rayonunun Kükü kəndində 44 sm, Biçənəkdə 39 sm, Şərur rayonunun Axura kəndində isə 7 sm təşkil edir.

Hazırda hava şəraitinin qeyri-sabit olaraq qalacağı gözlənilir.