Naxçıvanlı qadın güləşçi millinin heyətində
Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) idmançısı Sevinc Əliyeva güləş üzrə 20 yaşadək qızlardan ibarət milli komandamızın seçim xarakterli məşq toplanışında iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məşqçi heyətinin etimadını qazanan idmançı milli komandanın heyətinə daxil edilib.
Qeyd edək ki, Sevinc Əliyeva ötən ildən etibarən güləşlə məşğuldur. UGİM-də məşqçi-müəllim Orxan Əsgərovun başçılığı ilə keçirilən məşqlərdə davamlı olaraq iştirak edən idmançı qısa müddətdə fiziki və taktiki inkişafa nail olub. İdmançı əvvəllər atletikanın qaçış növündə muxtar respublika və ölkə birinciliklərində müxtəlif nəticələr əldə edib.








