Pensiya və təqaüdlə bağlı yeni rəqəmlər açıqlandı

Pensiya və təqaüdlə bağlı yeni rəqəmlər açıqlandı

26 Sentyabr 2026

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Məlumata görə, onlardan 26 228-i pensiya, 85 501-i müavinət, 12 297-si isə təqaüd təyinatıdır.