Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırılıb -

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırılıb - FƏRMAN

17 Mart 2026

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.

Müavinləri vəzifəyə dövlət başçısı təyin edir və vəzifədən azad edir. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.